Azərbaycan Prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı koronavirusla mübarizədə yardım üçün təşəkkür edib.
TASS xəbər verir ki, dövlət başçısı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin effektivliyini də qeyd edib.
“Koronavirusla mübarizədə yardım üçün təşəkkür etmək istərdim. Biz Rusiyadan artıq 200 min dozadan çox “Sputnik V” peyvəndi almışıq və yeni partiyaların çatdırılmasını gözləyirik. Mən bilirəm ki, gözləyənlər həddindən artıq çoxdur. Çünki bu vaksin öz effektivliyini sübut edib”, -deyə İ.Əliyev bildirib.
Azərbaycan Prezidenti bütün istəyənləri vaksinlə təmin etməyin çətinliyini anladığını vurğulayıb və ölkəmizin bu baxımdan ilk alıcılar sırasında olduğu üçün bir daha minnətdarlığını ifadə edib.