İqor Korotçenko: “Ermənistanı inandırmaq yox, məcbur etmək lazımdır” – MÜSAHİBƏ

Siyasət

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan son kəskinləşmədən sonra Azərbaycanla Ermənistan sərhədində vəziyyətin Rusiyanın vasitəçilik səylərinin köməyi ilə sabitləşdiyini bildirib. Bu dalğada Rusiyanın Ermənistan rəhbərliyini həmin ölkənin baş naziri Nikol Paşinyanın rədd etdiyi mərhələli həll planına qayıtmasına inandıra bilməsi mümkündürmü?

“Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru, Ümumdünya Silah Ticarəti Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko yaranan vəziyyəti Media.Az üçün şərh edib:

– Ermənistanı inandırsaq da, bunun əhəmiyyəti olmayacaq. Ermənistan ilk növbədə, siyasi və diplomatik və bəlkə də iqtisadi üsullarla məcbur edilməlidir. Yerevan Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv mövqe tutmalı, 30 ildir hamının eşitdiyi demaqogiyanı unutmalıdır. Artıq hamı bundan bezib.

Hesab edirəm ki, indi həqiqət anıdır. Bir çox siyasətçilər və Rusiya ictimaiyyəti bunu aydın görür. Nikol Paşinyanın rəhbərlik etdiyi bugünkü Ermənistan Rusiya Federasiyasının müttəfiqi deyil. Bu ölkə əvəzində heç nə ödəmədən Rusiyadan müxtəlif iqtisadi, hərbi, siyasi bonuslar almaq istəyir. Ermənistan bu cür çörəyə şərik eqoistdir. Ermənistanın Rusiyanın strateji müttəfiqi olması və s. barədə bu mantralar bezdirib və qusma refleksinə səbəb olur. Xüsusilə də, Yerevanın apardığı tamamilə anti-Rusiya siyasəti fonunda.

“Soros” təlim mərkəzlərindən keçən insanlar indi Ermənistan dövlət hakimiyyətinin strukturunda əsas vəzifələri tuturlar. Paşinyanın yeni təyinatlar dalğasının şahidi oluruq, hətta Rusiya yönümlü mövqe tutmayan mütəxəssislər belə qovulur və onlara qarşı cinayət işləri açılır. “Soros” “himayədarları” Ermənistan Milli Təhlükəsizlik Şurasına, Ermənistan Təhlükəsizlik Xidmətinə və bir sıra digər vəzifələrə rəhbərlik edir.

Ermənistanda rusiyapərəst siyasətçilərə qarşı təqib var, Rusiya telekanalları pulsuz yayım şəbəkəsindən kəsilib. Yəni hamımız kiminlə iş gördüyümüzü başa düşürük. Yeni bir həqiqət ortaya çıxır ki, Ermənistanı, bir daha təkrar edirəm, konstruktiv mövqe tutmağa məcbur etmək lazımdır.

– “Amerikanın Səsi” radiostansiyasına verdiyi müsahibədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan keçmiş müvəqqəti həmsədri Riçard Hoqland bildirib ki, Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratına vermək lazımdır…

– Düşünürəm ki, bu, ABŞ-da nüfuzlu, ciddi maliyyə imkanlarına malik və çox məharətlə fəaliyyət göstərən erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Dağlıq Qarabağı Azərbaycandan qoparmağa cəhd edirlər. Bu, qeyri-konstruktiv siyasətdir və həll üçün real platforma kimi qəbul edilə bilməz.

Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Buradan da görünür ki, münaqişənin həlli üçün praktik siyasət yürütmək lazımdır…

– Bəs BMT-nin Qarabağ üzərindəki protektoratı erməni tərəfinə nə verəcək? Bunu tam anlamadım…

– Bu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Qarabağa qaytarılması ilə bağlı danışıqlar aparmamağa imkan verəcək. Bu, Yerevana kənarlaşmaq üçün fürsət verəcək, çünki dünyada Ermənistana təzyiqlər getdikcə artır, bu ölkənin rəhbərliyinin qeyri-konstruktiv mövqe tutduğuna dair daha çox ifadələr səslənir.

Əslində, bu təklif ərazi separatizminə təşviq, qondarma “DQR”də mövcud olan rejimi əhatə etmək, Azərbaycan ərazilərinin bir hissəsini ələ keçirmiş silahlı separatçıları qorumaqdır. Məsələ sadədir – status-kvonu qorumaq.

Yeri gəlmişkən, protektorat dedikdə təkcə keçmiş DQMV-nin sərhədləri daxilində Dağlıq Qarabağ nəzərdə tutulmur. Aydındır ki, onlar Ermənistanın işğalı altında olan Qarabağ ətrafındakı yeddi bölgəni də protektorata daxil edəcəklər. Beləliklə, bu, təcavüzkar üçün bir təşviqdir və heç bir şəkildə bununla razılaşmaq olmaz.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu əsasdır!

– Yeri gəlmişkən, Qarabağ separatçı rejiminin nümayəndələri bir daha Azərbaycanın “işğal etdiyi” torpaqları geri qaytarmağa hazırlaşdıqlarını bəyan ediblər. Söhbət Qarabağ ərazisinin şimal hissəsindən gedir.

– Bunlar yeni təcavüz, yeni müharibə çağırışlarıdır. Onlar aqressiv niyyətlərini nümayiş etdirirlər. Biz Rusiyada bunu keçən əsrin 90-cı illərində, Şimali Qafqaz ərazisində qondarma “Xilafət”in yaranması barədə danışıqlar gedəndə gördük. Bundan sonra Stavropol və Krasnodar bölgələrinin bir hissəsinin ləğv edilməsi ilə bağlı açıqlamalar gəldi. Biz bu separatçı meyilləri güclə, qoşun yeridərək yatırdıq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir