“Sən kimsən ki, belə həddini aşan ifadələrə yol verirsən..?”

Dünya Siyasət

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ prezidentliyinə namizəd Co Baydenin səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
M.Cavuşoğlu bildirib ki, prezidentliyə namizədliyini irəli sürən bir şəxs həddini aşan ifadələrə yol verib:
“Kürdlərin Türkiyə parlamentinə onların dəstəyi ilə girdiyini deyir. Sən kimsən ki, belə həddini aşan ifadələrə yol verirsən? Bu ölkədə terrorçulara yer yoxdur. Prezident Ərdoğanı çevriliş ilə deyil, müxalifəti dəstəkləyərək hakimiyyətdən düşürəcəyini bildirir. Bu dediklərindən də belə anlayırıq ki, əvvəllər çevriliş cəhdlərinə nail olmayıb, indi  Türkiyədə  bu çevrilişi yaratmağa cəhd göstərir. 15 iyulda edilən xain çevriliş cəhdindən sonra Ankaraya gəldi və üzr istədi. İndi başa düşürük ki, o gün timsah göz yaşları töküb. Qısacası, Türk millətini də tanımayan cahil bir açıqlamadır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir