“Qarabağdan danışaq” layihəsi başlayır – VİDEO

Siyasət

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını Qarabağ müharibəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı məlumatlandırmaq üçün “Qarabağdan danışaq” adlı yeni layihəyə start verir.

Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq.

Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanların çıxışları montaj olunmadan, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək. İngilis dilində subtitrlərlə yayımlanması nəzərdə tutulan videomateriallar gələcəkdə tarixi araşdırmalar üçün mühüm mənbə rolunu oynaya bilər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir