Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına rəsmi səfəri nəzərdə tutulur.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
O qeyd edib ki, səfər bu ilin 26 avqust tarixində baş tutacaq.