Musiqi məktəbinə Oqtay Kazıminin adı veriləcək – SƏRƏNCAM

Siyasət

Baş nazir Əli Əsədov Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilib.

Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir