Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtında qısamüddətli məzuniyyətə getməyə qərar verdi, əks halda təcili şəkildə, dünən, 1 sentyabr tarixində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavab verməli idi. Xatırladaq ki, XİN rəhbəri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu tələbələri qarşısında çıxışında Qarabağ münaqişəsi ilə bağlı “Madrid prinsipləri” əsasında razılaşmaların olduğunu bildirmişdi. İrəvanda hər hansı bir sənədin mövcudluğu inkar edilib, Ermənistanın Baş nazirinin özü də bunu dəfələrlə bildirib.
Bununla yanaşı Media.Az-ın xəbər verdiyi kimi, Sergey Lavrov Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, “bizim xəttimiz təxminən 18 ildir hazırlanan bir sıra sənədlərə əsaslanır. “Madrid prinsipləri”, tərəflər tərəfindən gələcək iş üçün əsas olaraq təsdiqlənmiş sənədlərin yenilənmiş versiyaları var. Bu sənədlər ATƏT katibliyinə təhvil verilmişdir. Bu sənədlərdən imtina edib sıfırdan başlamaq və ya ümumiyyətlə hansısa “B” planını işə salmaq lazım olduğu barədə təkliflər var. Bunun böyük bir səhv olacağına inanırıq və bu illər ərzində əldə olunanların gələcək səylərimizin əsası kimi qalmalı olduğuna əminik”.
Media.Az şərh üçün rusiyalı politoloq, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınova müraciət edib.
– Sergey Lavrov anlaşmanın mövcudluğunu və hətta Nikol Paşinyanın uzun müddət inkar etməyinə baxmayaraq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədlərin olduğunu qeyd etməklə çox açıq bir bəyanat verdi.
– Bu, Paşinyanın yeganə fantaziyası (Qarabağ üzrə sənədlərin olmamasını bəyan etmək – red.) və ilk “yaddaş itkisi” deyil (gülür).
(Qarabağla bağlı sənədlərin olmadığını bildirmək – red.) Və “yaddaş itkisi” nin ilk işi deyil (gülür).
Ancaq düzünü desəm, mənə elə gəlir ki, Qarabağ üzrə danışıqlar prosesində vəziyyətin gedişatını Rusiyanın Xarici İşlər nazirinin Bilik günündə gənc tələbələr, gələcəyin diplomatları qarşısında çıxışında etdiyindən daha aydın və konkret şəkildə ifadə etmək mümkün deyil. Hərçənd bu, yalnız Rusiyanın deyil, həm də Minsk prosesinin bir çox iştirakçısının mövqeyidir, bu yaxınlara qədər isə münaqişə tərəflərinin də mövqeyi olub.
Bakıda ümumi beynəlxalq səylər nəticəsində illər ərzində hazırlanmış razılaşmaları şübhə altına qoymurlar. Ancaq İrəvan tərəfindən bu mövzuda bir çox fərqli böhtanlar səsləndirilib, onlardan bəziləri Nikol Paşinyan və yaxın ətrafının ayağına yazılıb. Nəticədə onlar bunu məmnuniyyətlə təkzib etdilər. Bu öz növbəsində quyruğun iti idarə etməsi oyunudur.
Bu mövzunun çox yaxşı işıqlandırıldığı məşhur “Kələkbazlıq” filmi (film 1997-ci ildə işıq üzü görüb, şüarı: “Siyasət şou-biznes kimidir” – red.) var. Siyasi məsləhətçinin ABŞ Prezident Administrasiyasına məsləhət verdiyi bir dialoqu xatırlayıram. Təxminən belə deyilir:
“- B-3 bombardmançıları haqqında danışmayın.
– Ancaq onlar ki, yoxdur!
Bax, elə mən də bu söz-söhbətin niyə yayıldığını bilmirəm … Biz təsdiq etməməliyik, biz diqqəti yayındırmalıyıq”.
Odur ki, bu, məşhur bir fənddir. Bu isə Cənubi Qafqazda şərti sülhün amili olan Rusiya da daxil olmaqla Minsk prosesində iştirak edən ölkələri narahat etməyə bilməz. Niyə “şərti” dediyim başa düşüləndir. Münaqişənin dondurulmuş olmasına baxmayaraq, vaxtaşırı gərginlik yaranır, müharibə başa çatmayıb.
– Aydındır ki, Nikol Paşinyanın açıqlamaları, razılaşmaların mövcudluğunu inkar etməsi konfliktin ləngidilməsinə, status-kvonu qoruyub saxlamağa yönəlib. Budur, Rusiyanın Xarici İşlər Naziri sənədlərin ATƏT Katibliyində saxlandığını söyləyir. Bu, daha da irəliləməyə imkan verəcəkmi? Yoxsa Ermənistan rəhbərliyi “heç nə bilmirəm, heç nə görmədim” tərzində siyasətini davam etdirəcək?
– Paşinyanın necə davranacağını qiymətləndirmək mənim üçün çətindir. Ancaq istənilən halda, Rusiya XİN rəhbərinin bu cür açıqlamalarından sonra reaksiya verməlidir. Diplomatiyada və sadəcə ləyaqətli insanların dünyasında bu cür qəbul edilir.