Aydın Hüseynov: “Vəzifə mənə həvalə edilib”

Siyasət

YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub. Bu postu hakim partiyanın Qaradağ rayonundan seçilmiş deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutub.

Aydın Hüseynov məlumatı Publika.az-a təsdiqləyib.

“Məlumat doğrudur. YAP-ın Təşkilat şöbəsinin müdirliyi vəzifəsi hələ ki, mənə həvalə edilib. Bunun qısamüddətli və ya uzunmüddətli olacağı barədə məlumatım yoxdur. Ancaq, bu vəzifəni bu gündən mən icra edəcəyəm”, – A.Hüseynov deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir