Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklə bağlı Qərar imzalayıb.
Qərara əsasən, Kollegiya aşağıdakı tərkibdə olacaq.
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri
“ADA” Universitetinin rektoru
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.