Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.
Bu barədə o, “Twitter” hesabında paylaşım edib.
“İki gün davam edəcək görüşlər çərçivəsində Bakıda olacağam. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyə böyük maraq göstərir. Gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ön şərt olmadan substantiv danışıqlar prosesinə qayıtmaq vacibdir”, – deyə Klaar bildirib.
In Baku for two days of meetings. The #EU has a strong interest in peace and stability in the South Caucasus. Important to reduce tensions and return to process of substantial negotiations without preconditions led by @OSCE Minsk Group Co-Chairs. pic.twitter.com/egoZQAt9tu
— Toivo Klaar (@ToivoKlaar) September 25, 2020