Çavuşoğlu və Lavrov Ermənistanın təxribatını müzakirə etdi

Siyasət

Türkiyənin Xarici İşlər naziri  Mövlud Çavuşoğlu rusiyalı həmkarı Serqey Lavrovla telefon danışıqları aparıb.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Danışıqlar zamanı Ermənistanın Azərbaycanın cəbhə boyu təxribatlarına toxunulduğu bildirilir. 

Xatırladaq ki, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.

Bundan əvvəl, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabında açıqlama yayıb.

“Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır”, – o deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir