Ərdoğan: “Ermənistan Azərbaycan torpaqlarını tərk etməklə sülhə qovuşacaq”

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana hücumu ilə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, o, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, – deyib.

Türkiyə lideri bildirib ki, dünən Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram:

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməklə yenidən sülhə və sabitliyə qovuşacaq. Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir.

Sanki qardaşım İlham Əliyev bunlara davamlı izahat verməyə məcburdur. Onsuz da başa salır. Həmişə “Bura bizim torpağımızdır, işğal olunub” deyir”.  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir