Moldova prezidenti İqor Dodon Ermənistan və Azərbaycan rəhbərliyinə atəşin dayandırılması üçün müraciət edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Qarabağda Azərbaycanla Ermənistan arasında baş verənlərdən narahatlıq duyuruq”, – deyə o bildirib.
Dövlət başçısı hər iki ölkə ilə ən yüksək səviyyədə təmasların olduğunu bildirərək, atəşi dayandırmağa, sakitliyə və sülhə çağırıb.
İ.Dodon həmçinin Moldovada yaşayan erməni və azərbaycanlı diasporların nümayəndələrinə müraciət edərək, onları təmkinli olmağa çağırıb.