Milli Məclisin sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.