Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Dağlıq Qarabağda gedən döyüşlər müzakirə olunub.
“Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko döyüşlərin Azərbaycan ərazisində aparıldığına diqqət yetirib.
“Vəziyyəti tam anlamaq üçün hamının təsdiq etdiyi faktlara nəzər salmalıyıq. Döyüşlər Azərbaycanın ərazisində aparılır. Bu, Ermənistanla Azərbaycan sərhədindəki müharibə deyil, sırf Azərbaycanın ərazisində aparılan döyüşlərdir. Ermənistan silahlı qüvvələri faktiki olaraq Dağlıq Qarabağ ətrafında yeddi rayonu işğal altında saxlayır və məhz bu ərazidə döyüşlər gedir”, – deyə İ.Korotçenko bildirib.
Münaqişənin həlli üçün təklif edilən planlardan danışan politoloq bildirib ki, bunun əsasında Azərbaycan ərazisinin işğaldan azad edilməsi durur.
O, həmçinin qeyd edib ki, cəbhə xəttindən gələn məlumata əsasən, Azərbaycan tərəfi genişmiqyaslı əks-hücum həyata keçirir:
“Artıq Azərbaycan ordusu bir sıra yaşayış məntəqələri və yüksəklikləri ələ keçirib, bunu qarşı tərəf də etiraf edib”.