Cəbhənin Füzuli, Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin bir tankı, bir avtomobil texnikası və 10 nəfərə qədər şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.
A.Eyvazovun sözlərinə görə, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı məhv edilib:
“Bir neçə dəqiqə bundan əvvəl Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemi məhv edilib. Azərbaycan Ordusunun dəqiq atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında olan Xocavənd rayonu, bu ərazidə yerləşdirilən 3-cü “Martuni” motoatıcı darmadağın edilib.
Nəticədə canlı qüvvə, hərbi texnika cəhətdən böyük itkilərə məruz qalan düşmən tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək, ölən və yaralıların təxliyyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyir”.
Könül Cəfərli