Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa çağırıb

Siyasət

“Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, indi dövlətimiz, ordumuz güclüdür:

“Ancaq bizim indiki dəstəyimiz çox önəmlidir. Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir