Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, sədr Sahibə Qafarova Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Eyni zamanda Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.
Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.
Könül Cəfərli