Məlahət İbrahimqızı: “Qarabağda xristian-müsəlman davası getmir”

Siyasət

“Ermənistanın işğalçı prezidenti bütün xristian ölkələrinə müraciət edib ki, Qarabağda xristian-müsəlman davası gedir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri var:

“Doğrudur, onlar Ali Baş Komandanın yanında olduqlarını bildiriblər. Ancaq indi Paşinyanın bu cür müraciətindən sonra onların yenidən dünyaya, beynəlxalq ictimaiyyətə müraciət etməsini təklif edərdim. Azərbaycan öz ərazilərini işğaldan azad etmək uğrunda mübarizə aparır. Orada hər hansı xristian-müsəlman davasından söhbət gedə bilməz”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir