Malayziya İslam Təşkilatının Məsləhət Şurası (MAPIM) Ermənistanın Azərbaycan ərazilərindəki mülki insanları hədəf alan, beynəlxalq hüquqa zidd hücumlarına reaksiya verib.
MAPIM sədri Mohd Əzmi Əbdül Hamidin yazılı açıqlamasında “Dinc əhaliyə zərər verəcək hərbi münaqişələrdən çox, sülh danışıqlarının aparılmasının lazım olduğuna inanırıq”, – deyə qeyd olunur.
Sədr bildirib ki, xeyli sayda azərbaycanlıların yaşadığı torpaqları işğal edən İrəvanın dəstəklədiyi erməni separatçılarının vəziyyəti pisləşdirməsinə icazə verilməməlidir:
“Separatçı hərəkat bölgədə ən az 30 min insanın ölümünə və minlərlə insanın evlərindən qovulmasına səbəb olub”.