Deputat: “Makron ədalətə, həqiqətə göz yumur”

Siyasət

Sentyabrın 27-dən Ermənistan cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutulub. Buna cavab olaraq, Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirilir. Azərbaycan xalqı da ordumuzun əks-hücum əməliyyatını dəstəkləyir. 

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Ordumuz uğurlu əks-hücum əməliyyatı keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. 

ATƏT-in Minsk Qrupunun həmsədrlərdən biri – Fransa Prezidenti Emmanuel Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik insanların narazılığına səbəb olub.

Prezident İlham Əliyev Emmanuel Makronla telefon danışığı zamanı növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə edib. Dövlət başçısı bildirib ki, heç bir güc bizi milli maraqlarımızdan çəkindirə bilməz.

Məsələni Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu.Az-a şərh edib.

Onun sözlərinə görə, dünya Azərbaycanın haqq işini qəbul edir:

“Təəssüf edirik ki, Fransa dövləti birmənalı şəkildə Ermənistanın yanında olduğun ifadə edir. Bunu nəinki bəyanatlarla, hətta fəaliyyətlərlə göstərir.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın bir daha Dağlıq Qarabağı tuta bilməyəcəyini söyləyib, bu, heç bir diplomatik normalara sığmayan bəyanat təəccüb doğurur. Bu cür hərəkətlər Azərbaycanın qələbə yürüşünü dayandırmaq, ölkədə qorxu yaratmaq məqsədi güdür. Bunların hamısı əbəsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Ali Baş komandan kimi öz üzərinə düşən vəzifələri yerinə yetiməklə yanaşı, xarici ölkə rəhbərləri ilə telefon danışığında Azərbaycanın bu gün hərbi əməliyyatlar aparmasının səbəbini və onu doğuran motivləri kifayət qədər aydın izah edilib. 

Bu, E.Makrona da izah edilib. Təəssüf ki, o, bu gün ədalətə, həqiqətə göz yumur. İstənilən yolla Azərbaycanın öz torpaqqlarını işğaldan azad etməsini dayandırmağa çalışır”.

O qeyd edib ki, E.Makronun belə hərəkəti Fransanın tarixindəki bir çox faktlara ziddir:

“Vaxtilə onlarda Janna Dark kimi əfsanəvi qadın qəhrəman olub və xarici işğalçılara qarşı fransız xalqının mübarizəsin təşkil edib.

Belə olan halda Fransa rəhbərinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün mübarizəsinə siyasi müqavimət göstərməsi başadüşülən deyil”.

O qeyd edib ki. İ.Əliyev bu cəhdlərə kifayət qədər aydın cavab verir:

“Bu gün Azərbaycan əsgəri səngərdə, ölkə başçısı siyasi cəbhədə mübarizə aparır. Dünya Azərbaycan həqiqətini bilir və görür. Hesab edirəm ki, qələbə uzaqda deyil. Mütləq biz torpaqlarımızı işğaldan azad edəcəyik”, – deyə deputat əlavə edib.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir