Gürcüstan prezidenti Ermənistan və Azərbaycana dialoq üçün platforma təklif edib

Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycan liderlərinə müraciət edərək, Tbilisidə Qarabağ münaqişəsinin həlli ilə bağlı istənilən formatda danışıqlar aparmaq üçün bir platforma təşkil etməyə hazır olduğunu bildirib.

Bu barədə TASS xəbər yayıb.

O, hər iki ölkənin prezidentinə müraciət edərək, aralarındakı dialoqu ən qısa müddətdə bərpa etməyə çağırıb:

“Biz Tbilisini istənilən danışıqları keçirmək üçün uyğun yer halına gətirməyə hazırıq. Tərəflərin istədiyi hər şeyə hazırıq”, – deyə Gürcüstanın prezidenti Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasından sonra keçirilən brifinqdə deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir