“Rusiya Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirə bilər”.
RBK xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:
“Yalnız tərəflərin razılığı ilə sülhməramlılar yerləşdirilə bilər”.
Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini istəyib.