Azərbaycan ordusu əks-hücum əməliyyatını davam etdirir, bu müddət ərzində kəndlər və strateji əhəmiyyətli yüksəkliklər geri qaytarıldı. Şənbə günü ermənilərin Madaqiz adlandırdıqları Suqovuşanda Azərbaycan bayrağı qaldırıldı.
Döyüşlərin gedişatı ilə bağlı Media.az-a Regionlararası Xüsusi Təyinatlı Veteranlar Birliyi Şurasının üzvü (Ukrayna), hərbi ekspert Andrey Kornitski münasibət bildirib:
“Həqiqətən, böyük bir müharibə gedir. Vəziyyətin kəskinləşəcəyi gözlənilirdi. Və biz Azərbaycanın mövqeyini başa düşürük. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması zəruridir”.
“Azərbaycan ordusunun yüksəkliklərə nəzarəti ələ keçirmə taktikasına gəldikdə hərbi baxımdan bu tamamilə haqlı addımdır. Sosial şəbəkələri bloklamaq və internet sürətini yavaşlatmaq qərarı da düzgün idi. Müharibə şəraitində bu hərəkətlər özünü doğruldur”, – deyə A.Kornitski vurğulayıb.
O bildirib ki, Azərbaycan və Ermənistanın hərbi potensialı müqayisə edilərsə, əhalidən tutmuş təchizata qədər birmənalı üstünlük ölkənizin tərəfindədir:
– Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, döyüş əməliyyatları bitəcək. Və Nikol Paşinyana qədər əvvəlki hakimiyyətlər dövründə əldə edilmiş bütün razılaşmaları rədd edərək danışıqlar masasına oturmaqdan imtina edən də məhz Ermənistan idi…
– …Siyasi razılaşmalardan danışanda mən də bunu nəzərdə tuturdum.
– Yəni zəfərli sona qədər müharibə?
– Bəli, belə demək olar.