İAKŞ Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı keçirib – FOTO

Siyasət

İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

Mətbuat konfransında Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib və İsveç mediasının sualları cavablandırılıb.

İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloqerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab verib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən yaşayış məntəqələrini, mülki əhalini, azyaşlıları atəşə tutur, dünyanın müxtəlif ölkələrindən terrorçu qruplaşmaların üzvlərini diaspor adı ilə öz ölkələrinə gətirirlər.

İsveç cəmiyyətinə və müxtəlif dövlət orqanlarına Azərbaycanın rəsmi mövqeyinin çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveç Azərbaycanlıları Koordinasiya Şurasını və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması və s. ilə bağlı sullara cavab verib, bəyanatlar səsləndiriblər.

Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.

Mətbuat konfransında İsveçdə olan 21 Azərbaycan təşkilatı və dərnəyi təmsil olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir