“Hazırda ABŞ-da yaşayan Azərbaycan diasporunun üzvləri konqresdə 1165 nömrəli qətnamənin qəbulunun qarşısını almaq üçün işlər görür. Ancaq bu işlər qənaətbəxş səviyyədə deyil. ABŞ-da yaşayan azərbaycanlılara müraciət edirəm ki, “Twitter”də fəal olsunlar, imzatoplama işində yaxından iştirak etsinlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin müavini Adil Əliyev deyib.
O bildirib ki, ABŞ-da çox sayda erməni yaşayır:
“Erməni lobbisinin üzvləri orada çox aktivdir. Bu gün təklif edilən 1165 nömrəli qətnamənin qəbul edilməsinə mane olmaq üçün dünyanın bütün bölgələrində yaşayan azərbaycanlılara müraciət etməliyik.
Onlar bu gün Ordumuzun haqq işində yaxından iştirak etməlidir. Digər tərəfdən, ABŞ-da seçki ərəfəsidir. Erməni lobbisinin üzvlərinin səsini almaq istəyənlər də var. Bunu da unutmamalıyıq”.