Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə M.Çavuşoğlunun “Twitter” hesabında Azərbaycan dilində paylaşım edilib:
“Can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan bu gün Qafqazın parıldayan güclü ulduzu olub. Ümummilli lider cənnət məkan Heydər Əliyevin yolunda daha gözəl illərə!