Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində günün fotosunu paylaşıb.
Paylaşımda Ermənistanın atdığı raketin zərərsizləşdirilməsi əks olunub:
“Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndin yaxınlığında yerə düşüb. Hədəf kənd və günahsız mülki şəxslər idi. Ehtimal olunur ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın hərbi cinayətləri”.