ABŞ-da azərbaycanlılar və türklər Baydenə etiraz aksiyası keçiriblər – VİDEO

ABŞ prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” sözünü işlətməsi böyük etirazlarla qarşılanıb.

Türkiyə və Azərbaycandan olan siyasətçilərin, dövlət və hökumət rəsmilərinin etirazları ilə yanaşı sadə insanlar da Baydenin sözügedən açıqlamasına öz etirazlarını bildiriblər.

Bununla əlaqədar ABŞ-ın Nyu-York şəhərinin Şeridan meydanında azərbaycanlı və türklərdən ibarət bir qrup insan etiraz aksiyası keçirib.

Aksiyaya onlarla insan yığışıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan etirazçılar “soyqırımı” ifadəsinin doğru olmadığını, sözügedən iddianın saxta olduğunu bildirən şüarlar səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir