ABŞ dövlət katibinin köməkçisi Bakıya gələcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ rəsmisinin bölgəyə səfərinin 6-13 iyun aralığında baş tutacağı bildirlib.

Səfərin başlıca məqsədi “ikitərəfli və regional prioritetlərin müzakirəsi”, eləcə də “bölgədə demokratik və iqtisadi inkişafın dəstəklənməsi” olacaq.

Səfər zamanı F.Rikerin dövlət və hökumət başçıları, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşü, həmçinin Qarabağ məsələsilə bağlı bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir