ABŞ generalı: “Azərbaycanın pilotsuz uçuş aparatlarının potensialı dünyanın diqqət mərkəzindədir” – VİDEO

Azərbaycan NATO-nun üzvü deyil, lakin eyni zamanda, alyans ölkəmizin regional və qlobal təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirir.

Fevralın 15-də NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda münaqişədən sonrakı vəziyyət, Ukrayna ətrafında gedən proseslər və dünyada enerji bazarındakı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Sözügedən mövzu CBC kanalında yayımlanan “Qlobal müzakirə” adlı ictimai-siyasi proqramında daha geniş müzakirə olunub.

Verilişin aparıcısı Anastasiya Lavrina Vaşinqtondan olan ekspert, ABŞ ordusunun ehtiyatda olan general-mayoru Maykl Repassla söhbətdə NATO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın əsas elementləri müzakirə olunub.

Verilişdə amerikalı ekspert 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizin istifadə etdiyi pilotsuz uçuş aparatlarının effektivliyini də dəyərləndirib.

Ekspert qeyd edib ki, Azərbaycan son hərbi əməliyyatlarda əsl peşəkarlıq nümayiş etdirərək düşmənin 30 il ərzində yaratdığı müdafiə sistemlərini darmadağın edib.

İnnovativ döyüş üsullarının tətbiqi sayəsində Azərbaycan dünyanın diqqətini cəlb edə bilib.

Daha ətraflı verilişin tam versiyasında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.