ABŞ-ın missiya direktoru Azərbaycanı tərk edir – SƏBƏB

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqxin səlahiyyət müddəti başa çatır.
“Ria24.az”un əldə etdiyi məlumata görə, USAID rəsmisi bu ayın sonunda ölkəni tərk edəcək.
O, bu vəzifəni 2018-ci ildən icra edirdi.
C.Sinqx indiyədək USAID-in Vaşinqtondakı baş ofisində, Mali, Bosniya və Hersoqovina, Yaponiya, Cənubi Sudan, Cibuti, Kenya və Əfqanıstanda müxtəlif vəzifələrdə işləyib.