ABŞ səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib – FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib.

Bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərın xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir