Adil Əliyev onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirib – FOTO

Oktyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olmaqla onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirilib.

Bu barədə Milli Məclisin yaydığı məlumatda qeyd olunub. 

Qəbul zamanı A.Əliyev ilk növbədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyində müzəffər ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlarla bağlı seçicilərə göz aydınlığı verilmiş, tezliklə bütün ərazilərimizin işğaldan azad ediləcəyini və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyi bildirilib. Seçicilər hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın ən şanlı tarixi dövrünü yaşadığını, övladlarının hərbi xidmətdə olmalarının onlar üçün çox böyük fəxr olmasını, Vətənimizin bütövlüyünün təmin edilməsinin və Ermənistanın təcavüzünə birdəfəlik son qoyulmasının zamanı çatdığını bildiriblər.

Habelə qəbul zamanı üzləşdikləri müxtəlif növ problemləri səsləndirməklə, vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, kommunal və infrastruktur məsələləri müzakirə edilib. Qaldırılan məsələlərin bir qismi dərhal yerindəcə həll edilmiş, habelə digər müraciətlər araşdırılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib.

Adil Əliyev görüş zamanı Milli Ordumuzun göstərdiyi şücaətlə yanaşı, hər birimizin də həm Ermənistana  həm də ki, koronavirusa qarşı mübarizədə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi tövsüyyə edib. Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar bütün növ zəruri tədbirlərin görülməsini, tibbi-profilaktik qaydalara riayət edilməsini, habelə tətbiq edilən rejimə ciddi əməl etməklə dövlət orqanlarının işini çətinləşdirən hərəkətlərin edilməsindən yayınmağa dəvət edib.

Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını ifadə edərək, hər zaman ölkə rəhbərliyinin yanında olmalarını, habelə bütün növ göstərişləri icra etməyə hazır olmalarını bildiriblər. Görüş zamanı karantin qaydalarına ciddi əməl edilmiş, görüşün sonunda aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir