Ağdamın işğaldan azad edilməsindən bir il ötür – VİDEO

Bu gün Ağdamın Ermənistanın işğalından azad edilməsindən bir il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzalağı üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-da döyüşsüz işğaldan azad edilib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ötən il noyabrın 20-də xalqa müraciətində deyib:

“Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.

Ağdam Ermənistanın ən çox mina basdırdığı ərazidir, postmünaqişə dövründə Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini prioritetlər siyahısına daxil edib.

2021-ci ilin iyunun 12-də Azərbaycan tərəfinin israrlı tələbi ilə Ermənistan Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir