Aİ-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olundu

Peter Mixalko Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

“Peter Mixalko hazırda Avropa İttifaqının Moldova Respublikasındakı Nümayəndəliyinin rəhbəridir. O, daha əvvəl Slovakiyanın Yunanıstan Respublikasındakı səfiri vəzifəsində çalışıb”, – deyə qurumdan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir