Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qazaxıstana təyinat alıb

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bir sıra rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirib.

Bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən Kestutis Yankauskas İttifaqın Qazaxıstandakı nümayəndəliyinin başçısı vəzifəsinə təyin olunub.

Onun daha öncə Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir