Ali Baş Komandan: “Qarabağ bölgəsinin bərpası ilə bağlı ilkin kontraktlar imzalanıb”

“Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır”.

Bunu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlıya səfəri çərçivəsində hərbçilərimiz qarşısında çıxışı zamanı ölkə başçısı dilə gətirib.

Dövlət başçısı bildirib ki, bu gün Ali Baş Komandan kimi, azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşür:

“Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb.

Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir