Amerikalı analitik: “Baydenin Azərbaycan və Türkiyəni demokratiya sammitinə dəvət etməməsi qəribədir”

“ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təşkil olunan demokratiya sammiti bu istiqamətdə problemsiz ölkənin olmadığını nəzərə alsaq, demokratiyanın təşviq olunması üçün heç də ən yaxşı vasitə deyil”.

Bunu Trend-ə amerikalı analitik, yazıçı və şərhçi Pol Qobl deyib.

Onun sözlərinə görə, demokratiyanın təşviqi və bu istiqamətdə hərəkət edən ölkələrə dəstək tərifə layiq olsa da, bunu təcrübədə həyata keçirmək elə də asan deyil.

“1990-cı illərin əvvəllərində ABŞ ölkələrin bu istiqamətdə addımlayacağı ümidi ilə bu cür sammit keçirmişdi. Bu il iştirakçı ölkələrin sayı nisbətən azdır ki, bu da tədbirə marağın azalmasını göstərir. Hesab edirəm ki, bu cür görüşlər demokratik dəyərləri təşviq etmək üçün heç də ən yaxşı vasitə deyil. Nəzərə almaq lazımdır ki, demokratiya sahəsində problemlər həmişə olub və olacaq”, – deyə o bildirib.

Azərbaycan və Türkiyənin sammitə dəvət edilən qonaqlar arasında olmamasını şərh edən analitik C.Baydenin bu qərarını qəribə adlandırıb.

“Qarşıdakı sammitə dəvət meyarlarına gəldikdə, mənim bu barədə anlayışım yoxdur. Hesab edirəm ki, ABŞ müxtəlif ölkələrdən olan və əsasən Azərbaycanla Türkiyəyə qarşı mövqe sərgiləyən hüquq müdafiəçilərinin qiymətləndirmələrinə əsaslanıb”, – deyə analitik deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir