Amerikalı ekspertlər Azərbaycanın Əfqanıstandakı fəaliyyətindən bəhs etdilər – FOTO

“Azərbaycanın Kabil şəhərində yerləşən hava limanında təxliyyəyə yardım edən əsgərləri olduğunu çox az adam bilir”.

Bu barədə amerikalı hərbi ekspert Lyuk Koffi “Twitter” hesabında yazıb.

O, bu köməyə görə Azərbaycan hərbçilərinə təşəkkürlərini çatdırıb.

Maraqlıdır ki, digər amerikalı ekspert Maykl Skott Doran da onun fikirlərini dəstəkləyib sözügedən “tvit”ə belə şərh verib:

“ABŞ-ın həqiqi hərbi imkanlara və strateji hədəflərə malik ortaqlara ehtiyacı var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir