Amerikalı oxuculara “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa çağırış edilib

ABŞ-ın “Hollysprings Suburban” jurnalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət!” tələbinin yer aldığı məlumat dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü ilə dərc edilən məlumatda Xocalı soyqırımının 30-cu ildönümünə diqqət cəlb edilib.

Amerikalı oxuculara “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına qoşulmağa çağırış edilib. 

Qeyd edək ki, Azərbaycan Dostluq Təşkilatı ABŞ-da fəaliyyət göstərən yerli icmalarla dostluq əlaqələrinin yaradılması, Azərbaycanın mədəni irsinin və tarixinin tanıdılması məqsədilə təsis edilib. Təşkilatın rəhbəri Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbaldır. O, Roli şəhərində “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” kampaniyaları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır.

Məlumatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.