Ankaradakı səfirimiz: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bütün Türk dövlətləri üçün örnəkdir”

“Bu gün Türkiyə və Azərbaycan arasındakı iqtisadi, siyasi və hərbi sahədəki münasibətlər həm bütün dünya, həm də Türk dövlətləri üçün örnək təşkil edir”.

Bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İstanbulda türk və azərbaycanlı iş adamları ilə görüş zamanı deyib.

Azərbaycan səfiri iki ölkənin qarşılıqlı yatırımlarla bir-birini iqtisadi cəhətdən dəstəklədiyini bildirib:
“Bu yatırımlar Türkiyənin enerji ehtiyacını qarşılamaq və Türkiyəni Orta Asiyaya bağlayacaq yolları inşa etməyə yönələn strateji yatırımlardır. Bu yatırımlar iki ölkə xalqına yüz illərlə xidmət edəcək”.

Rəşad Məmmədov çıxışı zamanı həmçinin Azərbaycan və Türkiyə liderlərinin imzaladığı tarixi əhəmiyyətə malik Şuşa bəyannaməsi ilə bağlı fikirlər də səsləndirib:

“Azərbaycan və Türkiyə arasında 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi “iki dövlət, bir millət” şüurunu daha da gücləndirir, iki dövləti iqtisadi münasibətləri baxımından da müttəfiq mövqeyinə daşıyır. Həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən bütövləşmiş bu iki dövlətin arasına girmək artıq mümkün deyil”.

Mənbə: Anadolu Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir