Arazdəyən-Naxçıvan-Culfa dəmir yolunun inşası müddəti açıqlandı

Ermənistanlı nazir Arazdəyən (Yerasx)-Naxçıvan-Culfa dəmir yolunun tikintisi üçün tələb olunan müddəti açıqlayıb.

“Yerasx-Naxçıvan-Culfa dəmir yolunun tikintisi bir ilə başa çatdırıla bilər”, – deyə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması, yüklərin daşınması 10 aydan 1 ilə qədər vaxt aparacaq, dəmir yolunun qalan hissəsi üçün isə daha çox vaxt tələb olunacaq”, – deyə nazir əlavə edib.

Sanosyan qeyd edib ki, Mehri və Horadiz ərazisində vəziyyət xeyli mürəkkəbdir. Belə ki, orada köhnə yol sökülüb.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi məsələsi hələ də müzakirə olunur. Bu, ya dövlət büdcəsindən, ya kredit vəsaitləri hesabına rellaşdırılacaq. Yaxud da konsessiya müqaviləsi çərçivəsində Cənubi Qafqaz Dəmir Yolları ilə razılıq əldə olunacaq.

Mənbə: “Vesti kavkaza”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir