ASAP Taksimdə Respublika Gününə həsr olunan fləşmob keçirdi – FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) İstanbulun mərkəzində, Taksim meydanında 28 may – Respublika Günü münasibətilə bayraq fləşmobu keçirib.

Türkiyə vətəndaşları və xarici turistlərə Azərbaycan bayrağı hədiyyə edilib.

Həmçinin, Taksim meydanında Respublika Gününə həsr edilmiş stenddə tarix və mədəniyyətimizi tərənnüm edən müxtəlif əyani vəsaitlər sərgilənib, tarixi və mədəni irsimiz, Azərbaycan həqiqətləri, Vətən müharibəsindəki qələbəmiz təbliğ olunub.

Stend ziyarətçilərinin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir