ATƏT-in Minsk qrupu yeni bəyanatla çıxış edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı gərginliklə əlaqədar növbəti açıqlama ilə çıxış ediblər.

“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında mülki itkilərin artması ilə əlaqədar həyəcan təbili çalır. Heç bir halda mülki şəxslərə hücum və ya təhdid edilməməlidir. Həmsədrlər tərəfləri mülki şəxsləri qorumaq üçün götürdükləri beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar”, – deyə bəyanatda qeyd olunur.

Həmsədrlər çağırış edir ki, tərəflər humanitar məqsədlər üçün dərhal atəşi dayandırıb ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti altında cəsədlərin çıxarılmasını təmin etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir