Atakule Azərbaycan bayrağının rənglərinə boyandı – FOTO

Türkiyənin paytaxtı Ankaranın Atakule qülləsi 28 May Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında bildirib.

İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Eyni zamanda qüllənin rəngli tablosunda “Azərbaycanın milli günü mübarək olsun!” təbriki yazılıb.

Qeyd edək ki, Atakule qülləsi Ankaranın rəmzi hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir