Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın xeyirinə Ermənistanı rədd etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın erməni hərbi-təxribatçılarının məhkəmələrini dayandırması və işin bütün materiallarını təmin etməsi üçün Ermənistanın verdiyi vəsatəti rədd edib.

Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Yegişe Kirakosyan deyib.

Qeyd edək ki, vəsatət AİHM-ə 30 iyun tarixində verilib, lakin 2 iyul tarixində məhkəmə mənfi qərar çıxarıb. Azərbaycana qarşı şikayət 1 fevral 2021-ci ildə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir