Azərbaycan Əfqanıstana yeni səfir təyin etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az saytı məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir