Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq

Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) iştirak edəcək.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bu il tədbir Türkiyədə keçiriləcək və dörd gün ərzində davam edəcək sərgidə dünyanın 148 ölkəsindən 341 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.

25-28 mayda baş tutacaq sərginin Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir