Azərbaycan daha iki ölkəyə vaksin göndərəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə “AstraZeneca” peyvəndi partiyası göndəriləcəkdir.

Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı  (AZAL) təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.

Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl  Azərbaycan “AstraZeneca” peyvəndini  Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir